Formula 1 üzrə 2016-ci il mövsümünün ilk yarışı martın 20-də Avstraliyada baş tutacaq. Sportnet.az Formula-nın rəsmi saytına istinadən yarış öncəsində komandalar və pilotlarla bağlı son məlumatları təqdim edir.
Bu il Ferrari komandası Mercedesə qalib gələ və 2016-cı il FİA Formula Bir Dünya Çempionatını sadəcə iki komandanın yarış meydanına çevirə biləcəkmi? İtaliya komandası qış ərzində oyunlara yarışın lideri olan və 2014-cü ildə yeni turbo-hibrid mühərrik qaydaları təqdim olunduqdan sonra 38 yarışın 32-də qalib gəlmiş Gümüş Ox (Mercedes) komandasına çətinlik yaşadacaq qədər yaxşı hazırlaşıbmı?
Formula 1 yarışı ilə bağlı suallar artsa da, ən çox soruşulan sual budur və zərb-məsələ çevrilmiş 64 milyonluq sualdan da çox əhəmiyyət daşıyır. Əksər şərhçilərin düşündüyü kimi, cavab müsbət olarsa, biz iki komanda arasında yuxarı orta sahə ilə yanaşı birincilik uğrunda ənənəvi qızğın rəqabətin yaşanacağı möhtəşəm bir mövsümün şahidi olacağıq.
Yarışın əsas liderlərinin imkanlarını qiymətləndirməzdən əvvəl, 2015-ci idən bəri hansı dəyişikliklərin olduğuna nəzər salaq. Əslində çox az dəyişiklik olub, bu isə rəqabətin daha maraqlı olacağını deməyə əsas verir. Komandaların əksəriyyəti və dörd mühərrik istehsalçısından ən azı ikisi son iki mövsümdən sonra öz vəzifələrinə daha ciddi yanaşıblar və gəlirlərin azaldılmasına yönəlmiş qanunlar onların məsuliyyətini daha da artırıb.
Texniki və idman qaydalarına nəzər salsaq, görərik ki, pilotların şassilərdə məruz qaldığı ölümcül təsirləri azaltmaq üçün sürücülərin təhlükəsizliyi məsələsi önə çəkilib. Bundan əlavə, builki yarışlar daha güclü və səs-küylü mühərriklərdən istifadə olunması, hər bir yarışda pilotlar üçün ayrı seçim imkanının verilməsi, avtomobil-pit rabitəsinə məhdudiyyətlərin qoyulması və təsnifat mərhələsinin təkmilləşdirilməsi kimi yeniliklərlə zəngindir.
Güc aqreqatına edilmiş dəyişikliklər
Mühərrikin inkişaf etdirilməsinə qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılıb ki, bu da öz növbəsində müəyyən çətinliklər yaşayan Renault və Honda kimi güc aqreqatı təminatçılarına digərləri ilə rəqabət aparmağa imkan verəcək. Modifikasiyaların edilməsinə qoyulan bəzi qadağalar aradan qaldırılıb. Daha da təkmilləşdirilmiş mühərriklərin gücü 1000 at gücünü ötəcək. Eyni zamanda, həm Renault, həm də Hondanın mühərrikin çıxış gücünü 70 at gücü artıraraq, eyni səviyyəyə çatdıracaqları gözlənilir.
Eyni zamanda avtomobilin qaz xaric etmə sistemi təkmilləşdirilib. İxracat sisteminin turbo-üfürümündəki ixracat qövsü çıxarılıb ki, bu da öz növbəsində onların daha səssiz olmasına səbəb olan maneəni aradan qaldıraraq avtomobillərin həddindən artıq səssiz olduqlarını iddia edənləri qane edəcək gurultulu mühərriki təqdim edəcək. Bu dəyişiklik termal səmərəliliyə və enerjiyə qənaətə təsirsiz ötüşəcək.
Beşinci şin seçimi
2016-cı ildəki yarışlardakı gözlənilməz cəhətlərdən biri Pirellinin quru hava şinlərinin sırasına beşinci şin növünün əlavə edilməsidir. Bənövşəyi ultrayumşaq tərkibli şin narıncı rəngli sərt, orta yumşaqlığa malik ağ, yumşaq sarı və ultrayumşaq qırmızı şin dəsti ilə birləşəcək. Pirelli hər bir yarışa üç növ şin gətirəcək ki, bu da hər bir pilotda 13 dəstin olmasına imkan verəcək. Hər bir yarış üçün iki növ şin Pirelli tərəfindən təyin olunacaq, üçüncü dəst isə 3-cü təsnifat mərhələsi üçün nəzərdə tutulacaq. Əlavə olaraq, hər bir pilot öz şin seçimini edə biləcək.
Məsələn, Luis Hamilton Melburnda orta sərtliyə malik bir, yumşaq altı və ultrayumşaq altı şin dəstinə üstünlük verdiyi halda, Mercedes komandasında yarışan komanda yoldaşı Niko Rozberq iki dəst orta sərtliyə malik, beş dəst yumşaq və altı dəst ultrayumşaq dəst seçmişdi. Ferrarinin pilotları da, eyni cür – iki, beş və altılıq seçim etsələr də, Williams heyəti bir dəst orta sərtliyə malik, 5 dəst yumşaq və yeddi dəst superyumşaq dəstlə yarışmışdı.
Bu dəyişikliklərin əsas ideyası ondan ibarətdir ki, Pirellinin yarış üçün təqdim etdiyi şin seçimlərinin məhdudiyyətini nəzər alaraq, pilotlar öz sürücülük üslublarına, avtomobilin və trekin xüsusiyyətlərinə uyğun strateji seçim etmək şansına malik olsun.
Pirelli şinlərin baza quruluşuna bəzi dəyişikliklər etmişdir. Belə ki, şinlər əvvəlki kimi müəyyən dərəcədən artıq təzyiqə məruz qaldıqda dəyişikliyə uğrayacaq, lakin bu zaman həddindən artıq qızmağa daha az meyl edəcək. Bu isə pilotlara şinlərin həddindən artıq təzyiqə məruz qalaraq sıradan çıxmasından narahatlıq keçirməyərək öz fərdi nəticələrinə maksimum dərəcədə çatmalarına imkan verəcək. Bu dəyişiklik yarışa əlavə rəng qatacaq.
Radio rabitəyə qoyulan məhdudiyyətlər
Keçən il avtomobillərin idarə edilməsi zamanı mühəndislərin müdaxiləsinin azaldılmasına və pilotların yarış zamanı daha çox öz güclərinə arxalanmasına hesablanmış radio rabitəyə qoyulan məhdudiyyətlər bu mövsümdə daha da artırılıb.
Əvvəllər komandalar radio-transmissiyanı qəbul edirdilər və bəzi məsul şəxslər bunun azarkeşlərə pilotları daha da yaxından hiss etmək imkanı verdiyini düşünürdülər. Lakin irəli sürülmüş yeni dəyişiklik pilotların daha sərbəst olmasını və bəzi qərarların mühəndislərin deyil, məhz pilotların qəbul etməsini nəzərdə tutur.
Yarış zamanı komandalar radiodan istifadə etməklə pilotla əlaqə saxlayaraq, trekdəki təhlükələr – hava şəraiti, yağ sızıntısı və qalıqlar, avtomobildəki təhlükəli problemlər – əmələ gəlmiş dəlik, həddindən artıq qızmaya məruz qalmış mühərrik və s. barədə məlumat verə biləcək. Əlavə olaraq, rəqib komandaların məruz qaldıqları vəziyyət, pitə keçid və ya kənarlaşma barədə təlimat, döngələrdə marşal bayraqlarının dalğalanması, yarışın saxlanılması və yarışa nəzarət mərkəzindən alınan digər məsələlər barədə xəbərdarlıq edə biləcək. Lakin artıq yarışın başlanmasına bir dəqiqə qalması barədə siqnalın ötürülməsi, pit xəttinə çıxış, sıra düzülüşünün arxasına keçid, avtomobilin tarazlığı, radio əlaqənin söndürülməsi və işə salınması kimi bəzi məlumatların ötürülməsi mümkün olmayacaq.
Sıra düzülüşü zamanı kəşf xarakterli dövrələr zamanı onlar növbəti dövrələrdə nə etməli olduqları, pitlərdən çıxaraq məşq etmələri, tarazlıq, sıra düzülüşünə dönmə, radio əlaqənin yoxlanılması, pit yolundan geri dönmə, pit yolunda qarşıdan gələn pilot barədə müzakirə apara bilərlər.
Bu arada əsas məqsəd nəticələrin əvvəlcədən təyin edilməsinin qarşısını almaq və insanların yanlışlığa yol vermə imkanının olmasını nümayiş etdirməkdir. Beləliklə, hər bir sürücü mühəndislərin təyin etdikləri optimallaşdırma alqoritminə daha az güvənərək, öz yarış strategiyasını qura, müxtəlif mühərrik rejimlərindən istafadə edə, şin seçimini həyata keçirə və pit stop vaxtını müəyyənləşdirə biləcək. Məsələn, iki komanda üzvü yarış zamanı mühərrikin müxtəlif rejimlərindən istifadə etmək barədə şəxsi qərarlarını həyata keçirəcəklər. Bu, 2014 və 2015-ci il mövsümlərində Mercedes ikilisinin şikayət etdiyi kimi, pilotlara komandalarının diktə etdikləri qərarların icra etməsinə deyil, öz qənaətləri əsasında strateji qərarlar verməsinə və mübarizə zamanı yarışın nəticəsinə təsir göstərəcək səhvlərin buraxılmasına şərait yaradacaq. Təsnifat mərhələsinə edilən dəyişiklik Melburnda təsnifat mərhələsinə edilən yeni dəyişikliyə əsasən, yarışın liderləri hansısa hadisəyə məruz qaldıqları zaman sıra düzülüşünün önündən yarışa başlamasınından məhrum olacaq.
Bu necə həyata keçiriləcək:
Üçmərhələli kənarlaşdırma sistemi yerində qalacaq, lakin təyin edimiş vaxt çərçivəsində müəyyən sayda pilotu yarışdan kənarlaşdırmaq əvəzinə, seçimlər hər bir sessiya zamanı vaxt əsasında həyata keçiriləcək. 1-ci təsnifat mərhələsi 16 dəqiqə davam edəcək. İlk yeddi dəqiqədən sonra ən geridə qalan avtomobil kənarlaşdırılacaq və sonda 15 avtomobil qalanadək hər 90 saniyədən bir bu proses davam edəcək. 15 dəqiqə davam edəcək yarışda altıncı dəqiqədən başlayaraq hər 90 saniyədən bir