
"Formula 1"in rəhbəri dəyişib.
Sportnet.az-ın məlumatına görə, "Ferrari" komandasının keçmiş sahibi Stefano Domenikali yarışın prezidenti və baş icraçı direktoru təyin edilib.
Bu postda Çeyz Kerini əvəzləyən italiyalı idman meneceri vəzifəsinin icrasına 2021-ci ilin yanvarından başlayacaq.
Ç.Keri isə qeyri-icraçı direktor seçilib.
Qeyd edək ki, Keri 2017-ci ildə Berni Ekklstounun yerinə bu vəzifəyə təyin olunmuşdu. Domenikali isə 2007-ci ildən 2014-cü ilədək "Ferrari"yə rəhbərlik edib.