38 yaşlı Qael Monfils son 47 ildə ATP turnirində qalib gələn ən yaşlı tennisçi olub.
Sportnet.az xəbər verir ki, fransalı Oklend şəhərində keçirilən ATP-250 turnirində çempionluğu qazanıb.
Final günü 38 yaş 4 ay 10 günü tamam olan Monfils 25 yaşlı belçikalı Zizu Berqsə qalib gəlib - 6:3, 6:4.
Dünyanın 52-ci tennisçisi Monfils üçün Yeni Zelandiyada qazandığı titul karyerasında 13-cü olub.
Qeyd edək ki, 1977-ci ildə Ken Rozuoll 43 yaşında Honq Konqda keçirilən turnirin qalibi olub.