
"Sportsman" jurnalı Gənclər və İdman Nazirliyi ilə birgə jurnalistlər arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunan stolüstü tennis turniri keçirəcək. Bu barədə Sportnet.az-a "Sportsman"in baş redaktoru Rəşad Qəmərşahoğlu məlumat verib.
O, turnirin iyulun 19-da baş tutacağını bildirib. Media mənsublarının toplaşacağı məkan ya "Ekselsior", ya da "Royal" oteli olacaq.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla təltif ediləcək.