
Tennis üzrə "Roland Garros" turnirində koronavirusa yoluxanların adları bəlli olub.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, bunlar Özbəkistan təmsilçisi Denis İstomin, ispaniyalı Bernabe Zabata-Miralyes, serbiyalı Peca Kriştin və ABŞ-dan Ernesto Eskobedodur.
Turnirin protokoluna uyğun olaraq adıçəkilən oyunçuların hamısı bu gün start götürəcək seçmə mərhələdə mübarizə aparmayacaq və yeddi gün təcrid olunacaq.