1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qızıl Qran Pri”nin proqramı açıqlandı
İyulun 25-də Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi start götürəcək. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, sayca 7-ci dəfə keçiriləcək yarışda dünyanın 40-a yaxın ölkəsindən 400-dək idmançının iştirakı gözlənilir.
Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. İyulun 26-da qadın, sonuncu gün yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnir 3 gün davam edəcək.