1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiya güləşində bədbəxt hadisə
Rusiya Güləş İdmanı Federasiyasının (RGİF) I vitse-prezidenti Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb. Sportnet.az-ın məlumatına görə, bu barədə TASS-a RGİF-in prezidenti Mixail Mamiaşvili açıqlama verib.
O bildirib ki, insident Varayevin vətəni Çeçenistanda baş verib: "Adlan hələ də tapılmayıb. Hamımız ondan ötrü dua edirik".
Varayev Arqun dərəsindən təbiəti çəkərkən və ya selfi edərkən, 30-40 metr hündürlükdən çaya düşüb. Hadisə yerindən onun qapıları açıq maşınında bütün sənədləri aşkarlanıb.
Qeyd edək ki, Adlan varayev olimpiya medalı qazanan ilk çeçendir. O, 1988-ci il Seul olimpiadasında sərbəst güləş yarışlarında gümüş medala sahib olub. O, habelə 1987-ci il dünya çempionatının qalibi, 1986-cı il mundialının gümüş mükafatçısıdır.