Yarışa 8 idmançı ilə qatılan millimiz 2 medal qazanıb. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Səid Quliyev (78 kq) fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Gənclər arasında son dünya birinciliyin qalibi Məhəmməd Məmmədov (63 kq) isə yalnız final döyüşündə Çin Taypeyindən olan rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, "Korea Open" Nanjinq olimpiadasına hazırlıq xarakteri daşıyıb. Ölkəmiz Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 4 taekvondoçu ilə təmsil olunacaq.