Yunanıstanın paytaxtı Afinada yeniyetmələr arasında keçirilən dünya çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığması daha bir medal qazanıb.
40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə gürcüstanlı Maryam Karelidzeni 63 saniyəyə yensə də, yarımfinalda bolqarıstanlı Petya Zarkova Delçevaya yenilib - 2:4. Lakin bürünc medal uğrunda qarşılaşmada o, ukraynalı Amina Ponomaryovanı 7:4 hesabı ilə üstələyib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Beləliklə, Azərbaycanın qadın güləşçiləri dünya çempionatında 1 qızıl, 1 bürünc medala sahib olub. Qızıl medalı ötən gün Şahanə Nəzərova (38 kq) əldə edib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərinin mübarizəsində Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medala sahib olub.