Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb.
Sportnet.az-ın məlumatına görə, bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənib.
25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.
Qeyd edək ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.