
Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını bir bürünc medalla başa vurublar.
Sportnet.az-ın məlumatına görə, son olaraq mübarizəyə qoşulan Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) da medalsız qalıblar.
Qeyd edək ki, Azərbaycan mundialda ümumilikdə 8 taekvondoçu ilə təmsil olunub. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparmış Cavad Ağayev bürünc medala sahib çıxıb.