
Macarıstanın Dyör şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında uğurla çıxış edən gənclərdən ibarət Azərbaycan millisi Vətənə qayıdıb.
Sportnet.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, Bakı Atıcılıq Mərkəzinin direktoru Tamirlan Hacıyev, federasiya rəsmiləri, media nümayəndələri, məşqçilər, atletlər və ümumi işçi kollektivi qarşılayıb.
Qeyd edək ki, milli komanda qitə birinciliyində 3 bürünc medal qazanıb.