
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov isirin Qahirə səhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 33 yaşlı idmançı 25 m məsafəyə tapançadan atəşaçmada fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
60 atəşdən 584 xal toplayan atıcı bu nəticə ilə Dünya Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, Ruslan Lunyov ötən Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş Lapua Avropa Kubokunda birinci yeri tutmuşdu.