
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Serjiu Oliveyra ilə yollarını ayırmaq niyyətindədir.
Sportnet.az xəbər verir ki, bu barədə yerli "Takvim" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi müqavilənin ləğvi üçün portuqaliyalı yarımmüdafiəçiyə 1 milyon avro təklif edib. Lakin oyunçu 2,5 avro istəyib.
Qeyd edək ki, Oliveyra 2022-ci ildən "Qalatasaray"ın formasını geyinib.