Futbol eksperti Ceymi Karrager İngiltərə Premyer Liqasının 8-ci turunda "Liverpul"a 1:2 hesabı ilə uduzan "Çelsi"nin qapıçısı Robert Sançesin buraxdığı ikinci qoldan danışıb.
Sportnet.az xəbər verir ki, "Liverpul"un sabiq müdafiəçisinin sözlərini "Goal" belə çatdırıb:
"Çelsi" adına dəhşətdir. Qapıçı çox pisdir. Bu, Körtis Consun uğursuz toxunuşu, qapıçı Sançesin effektsizliyi idi. Sançes çıxmalı və topu götürməli idi. "Çelsi"yə olmaq istədikləri yerə qayıtmaq üçün yeni qapıçı lazımdır".
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 21-ə çatdıran "Liverpul" çempionatın turnir cədvəlində 1-ci pillədə mövqe tutub. 14 xalı olan "Çelsi" 6-cı sıradadır.