"Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm".
Sportnet.az xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.
Ötən gün I Liqanın XVII turunda "Çorum"la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:
"Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik".
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.