Türkiyə millisinin sabiq üzvü Yılmaz Urul vəfat edib.
Sportnet.az Türkiyə Futbol Federasiyasının rəsml saytına istinadən xəbər verir ki, keçmiş qapıçı 82 yaşında dünyasını dəyişib.
Urul 1961-ci ildə Türkiyənin U-18 yığmasında, 1963-64-cü illərdə U-21 komandasında çıxış edib. O, 1965-ci ildə əsas milli ilə 4 matçda meydana çıxıb.
Urul karyerası ərzində "İstanbulspor", "Fənərbağça" və "Mersin İdman Yurdu" klublarının formasını geyinib.