"Çelsi" və Portuqaliya millisinin üzvü Renato Veyqa iş yerini dəyişməyə yaxındır.
Sportnet.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Dortmund "Borussiya"ına keçməyə hazırlaşır. Artıq tərəflər arasında danışıqlar başlayıb.
"Zadəganlar" 21 yaşlı futbolçu üçün 20 milyon funt sterlinq təzminat tələb edir. Dortmund klubu Veyqa üçün lazımı məbləği ödəməyə hazırdır.
Portuqaliya millisinin üzvü "Sportinq", "Auqsburq", "Bazel"də oynadıqdan sonra 2024-cü ildə "Çelsi"yə keçib.