Yarımmüdafiəçi Ariyon İbrahimoviç icarə əsasında “Bavariya”dan İtaliyanın “Latsio” klubuna keçib.
Sportnet.az xəbər verir ki, 19 yaşlı futbolçu yeni komandasında 27 nömrəli formanı geyinəcək.
İbrahimoviç 2023/24 mövsümünü icarə əsasında "Frosinone"də keçirib.
Qeyd edək ki, alban əsilli almaniyalı futbolçu bu mövsüm Bundesliqa, Almaniya kuboku və Çempionlar Liqasının hər birində bir matç keçirib, amma məhsuldar oyunla yadda qalmayıb. "Transfermarkt" onun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.