Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi Joze Mourinyo şəxsi şərab brendinin buraxıldığını elan edib.
Sportnet.az xəbər verir ki, şərab brendi "The Special One" ("Xüsusi") adlanır. Təcrübəli mütəxəssis vətəni Portuqaliyada içkinin hazırlandığını açıqlayıb.
Qırmızı şərab unikal formada paketlənib: Etiketli futlyarda Mourinyonun silueti əks olunub. Qiyməti isə 120 avrodur.
Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqasında 19 turdan sonra ikinci pillədədir.