“Qarabağ”ın daha bir futbolçusu Azərbaycanı tərk etməyə hazırlaşır.
Sportnet.az Fransa mətbuatına istinadən xəbər verir ki, hücumçu Juninyodan sonra indi də yarımmüdafiəçi Yassin Benzia karyerasını başqa ölkədə davam etdirməyi düşünür.
Əlcəzair millisinin üzvü bir müddətdir danışıq apardığı Qətərin “Umm-Salal” klubu ilə razılığa gəlib. Tərəflər arasında hərtərəfli anlaşma əldə olunub. Keçidin tezliklə reallaşması gözlənilir. Ancaq qətərlilər “Qarabağ”ın da razılığını almalıdır. Çünki 30 yaşlı pleymeykerin Azərbaycan çempionu ilə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Yassin Benzia “Qarabağ”a 2023-cü ilin yanvarında Fransa klubu “Dijon”dan keçib.