
Azərbaycan millisinin Haiti ilə oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Azərbaycan – Haiti oyununun biletləri bu gün satışa çıxarılıb. Biletlərin qiymətləri 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP isə 10 manat təşkil edir.
Biletləri iTicket.az satış məntəqələrində, həmçinin “Gənclik Mall”, “28 Mall”, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzləri, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə etmək olar. Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.