
AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha beş oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, səbəb mütəxəssisin “Şahdağ Qusar”la XXII tur oyununda hakimləri təhqir etməsidir.
Onun cəzasının üzərinə daha beş matç əlavə edilib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini beş oyunluq cəzalandırmışdı.
"Şəmkir"in futbolçuları isə "Şimal"la səfər qarşılaşması bitdikdən sonra paltardəyişmə otağının qapısını sındırıblar. İntizam Komitəsinin qərarına əsasən, dəymiş ziyan "Şəmkir" klubu tərəfindən ödəniləcək.