
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasının yarımfinalında evdə İtaliya "İnter"i ilə oyunda (3:3) məhsuldar ötürmə edib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı braziliyalı üçün bu, Avropa turnirinin cari mövsümündə 20-ci qol hərəkəti olub.
Rafinya əvvəllər Lionel Messiyə (19) məxsus olan 2011/2012 mövsüm rekordunu qırıb.
Qeyd edək ki, Çempionlar Liqasında ən yüksək xal "Real Madrid"in sabiq futbolçusu Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə 21 qol hərəkəti edib.