
İspaniya La Liqasının 34-cü turunda “Barselona” səfərdə “Valyadolid” klubunu 2:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, meydan sahibləri 6-cı dəqiqədə İvan Sançesin qolu sayəsində hesabı açıblar. Qonaqlar yalnız 54-cü dəqiqədə Rafinyanın sayəsində hesabı bərabərləşdirə bilib. Kataloniyalılar 61-ci dəqiqədə Fermin Lopez Martinin vurduğu qol sayəsində qələbə qazanıb.
“Barselona”la 79 xal toplayaraq çempionluğa doğru daha bir addım atıb. Kataloniya klubunu təqib edən “Real Madrid” bir oyun az keçirməklə 72 xal toplayıb. Madrid klubu mayın 4-də öz meydanında “Selta”nı qəbul edəcək.