
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turunda "Turan Tovuz"un qonağı olacaq "Neftçi" komandası matçın hazırlıqlarını yekunlaşdırıb.
Klubun mətbuat xidmətindən sportnet.az-a verilən məlumata görə, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər.
Futbolçulardan Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 19:30-da başlanacaq.