
İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas "Bayer Leverkusen"dən ayrılacağını açıqlayan Xabi Alonsonun yerinə əsas namizəddir.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisin üslubunu komandaya uyğun hesab edir.
Fabreqasın İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Onun "Komo"da təkcə baş məşqçi deyil, həm də səhmdar olduğunu nəzərə alsaq, təklifi qəbul edib-etməyəcəyi dəqiq deyil.
Qeyd edək ki, "Komo" ötən mövsüm Sesk Fabreqasın rəhbərliyi altında İtaliya B Seriyasında ikinci pilləni tutaraq 2002/2003 mövsümündən sonra ilk dəfə A Seriyasına yüksəlib. Komanda hazırda elitada keçirdiyi 35 oyundan 45 xalla turnir cədvəlinin 10-cu sırasında qərarlaşıb.
Xabi Alonso mövsümün sonunda "Bayer Leverkusen"dən ayrılacağını açıqlayıb. Onun İspaniyanın "Real Madrid" klubuna keçəcəyi gözlənilir.