
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts “Mançester Siti”yə mümkün transferi barədə danışıqlar aparıb.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən 22 yaşlı futbolçu valideynləri ilə birlikdə Mançesterdə görüş keçirib.
Bildirilir ki, Virts həqiqətən də ailəsi ilə birlikdə İngiltərəyə səfər edib və “şəhərlilər”in nümayəndələri ilə danışıqlar aparıb. Onun valideynləri “Mançester Siti” ilə “Bayer” arasındakı yaxşı münasibətlərdən xəbərdardır.
Klublar mümkün transferi müzakirə etməyə hazırdır. Razılaşmaya İngiltərə klubunun yarımmüdafiəçisi Ceyms Makati də daxil edilə bilər.
Bununla belə, transfer yarışı hələ də açıq qalır. “Bayern” də almaniyalı futbolçunu transfer etmək ümidi ilə gözləyir. O isə hələ yekun qərarını verməyib.