
Rusiyanın "Dinamo" futbol komandasında baş məşqçi postuna əsas namizəd bəlli olub.
Sportnet.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, bu, Rusiya yığmasına rəhbərlik edən Valeri Karpindir.
Moskva təmsilçisi ilə 56 yaşlı mütəxəssis arasında danışıqlar inkişaf mərhələsindədir. Razılıq əldə olunsa, Karpin iki vəzifədə çalışa bilər.
Qeyd edək ki, paytaxt klubu bu yaxınlarda Martsel Liçkanı istefaya göndərib.