
İngiltərənin “Liverpul" klubunun futbolçusu Luis Dias mövsümün sonunda komandanı tərk edə bilər.
Sportnet.az “Relevo”ya istinadən xəbər verir ki, kolumbiyalı hücumçu İspaniya "Barselona"sının yay transfer pəncərəsində əsas hədəfi olacaq.
Kataloniya təmsilçisi 28 yaşlı futbolçunu Rafinya ilə rəqabət aparması üçün heyətinə qatmaq istəyir.
“Liverpul" Dias 80 milyon avroya qiymətləndirir.
Qeyd edək ki, Luis Dias cari mövsüm ərzində keçirdiyi 48 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildən “Liverpul”un şərəfini qoruyur.