
"Rusiya futbolunda hər şey əlaqələr, tanışlıq və başqa şeylərdən asılıdır".
Sportnet.az xəbər verir ki, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın baş məşqçisi Murad Musayevlə bağlı danışarkən deyib.
57 yaşlı keçmiş yarımmüdafiəçi Rusiya Premyer Liqasında qalibiyyət qazanan Musayevin bəxt sayəsində "Krasnodar"ın baş məşqçisi olduğunu söyləyib: "Əlbəttə, onun bəxti gətirib ki, bu komandaya düşüb, vəssalam.
Özü də bu barədə dəfələrlə danışıb. Bir çox insan "Musayev, bu kimdir?" deyirdi. Onların yarısı onun kim olduğunu belə, bilmir".
Mostovoy Musayevlə bağlı dediyi fikirlərin dəyişmədiyini vurğulayıb: "Amma çempion olan komandaya münasibətim dəyişdi. “Krasnodar” yaxşı oyunçu seçimi olan güclü komandadır və təbii ki, əsas fiqur Con Kordobadır".
Veteran futbolçu Musayevin futbol adamı olmadığını deyib: "Eynilə mənim kimi. Özüm də basketbol oynamamışamsa, basketbolçu olmayacağam. Baxmayaraq ki, yaxşı oynayırdım".
Qeyd edək ki, "Krasnodar" Murad Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya Premyer Liqasının qalibi olub. 42 yaşlı mütəxəssis 2021-ci il oktyabrın 30-dan 2024-cü il yanvarın 30-dək "Sabah" klubunun baş məşqçisi olub. Onun rəhbərliyi altında klub 2022/2023 mövsümünü gümüş medalla başa vurub.