
Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Leroy Sane karyerasını "Tottenhem"də (İngiltərə) davam etdirə bilər.
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı oyunçu Premyer Liqa təmsilçisinə təklif olunub.
Yayda azad agent kimi Almaniya klubundan ayrılacağı gözlənilən futbolçunun daha əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın 4 illik müqavilə qarşılığında 100 milyon avroluq təklifini geri çevirdiyi bildirilib.
Qeyd edək ki, L.Sane 2016-2020-ci illərdə İngiltərə Premyer Liqasında "Mançester Siti"nin formasını geyinib. Oyunçu 2020-ci ilin yayından "Bavariya"nın formasını geyinur. Sane bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.