
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı dünya çempionatının seçmə mərhələsinin oyunlarına çağırmamasının səbəbini açıqlayıb.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə “Globo”ya danışıb.
“Yaxşı formada olan futbolçuları seçməyə çalışdım. Neymar bu yaxınlarda zədələnmişdi. Hamı bilir ki, o, çox vacib oyunçudur və həmişə də belə olacaq.
Hazırda zədədən əziyyət çəkən və milliyə çağırıla bilməyən çoxlu futbolçumuz var. Neymar kimi eyni sözləri Rodriqo, Qabriel, Joelinton, Militao barədə də demək olar. Demək istəyirəm ki, Braziliyada çoxlu istedadlı oyunçular var. Braziliya Neymara ümid edir. O, dünya çempionatına yaxşı hazırlaşmaq və oynamaq üçün vətəninə qayıdıb. Qərarımı izah etmək üçün onunla danışdım. O, bununla razıdır”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Braziliya millisi iyunun 6-da Ekvadorla, iyunun 11-də isə Paraqvayla qarşılaşacaq.