
İspaniyanın “Real Madrid" klubunda mövsümün futbolçusu seçilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada “kral klubu”nun fransalı hücumçusu Kilian Mbappe layiq görülüb.
Mbappe 2024/2025 mövsümündə iştirak etdiyi 55 oyunda oyunda 42 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun "Real Madrid"lə müqaviləsi 2029-cu ilə qədərdir.
Qeyd edək ki, son İspaniya La Liqasının nəticələrinə görə, "Real Madrid" "Barselona"dan 4 xal geri qalaraq turnir cədvəlində ikinci yeri tutub.