
Sergey Taşuyev Rusiyanın "Axmat" futbol komandasının baş məşqçi postunu tərk edib.
Sportnet.az-ın məlumatına görə, bu, Premyer Liqada qalmaq uğrunda "Ural"a 1:2 hesabı ilə uduzduqları ilk matçdan sonra baş verib.
Cavab görüşünə kollektivi Fyodor Şerbaçenkonun rəhbərlik etdiyi məşqçilər heyəti hazırlayacaq. Həmin matç mayın 31-də keçiriləcək.
Qeyd edək ki, Sergey Taşuyev Çeçenistan klubuna 2024-cü ilin sentyabrında baş məşqçi təyin olunub. O, Qroznı təmsilçisinə 2022/2023 mövsümündə də rəhbərlik edib. Komanda bu mövsüm 66 yaşlı mütəxəssisin rəhbərliyi altında 25 xalla 14-cü yeri tutub.
"Axmat" Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun qətlə yetirilmiş atasının və 20 yaşlı oğlunun adını daşıyır.