
"Qarabağ"ın futbolçusu Redon Cica Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu ilə bu səbəbdən yollar ayrılıb.
2023-cü ilin yanvarından Azərbaycan komandasının formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub.
O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.