
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, Xudiyev UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin "Sutyeska Nikşiç" (Monteneqro) - "Beytar Yerusəlim" (İsrail) matçında hakimlərin işinə qiymət verəcək.
İyulun 24-də Nkşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Georgi Ginçevin başçılığı altında bolqarıstanlı hakimlər briqadası idarə edəcək.
Oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.