
"Sumqayıt" klubu Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadəni transfer edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "gənclik şəhəri" təmsilçisi paylaşım edib.
Əhmədzadə iyulun 18-də müqavilə üzrə məxsus olduğu "Qarabağ" klubu ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. 24 yaşlı hücumçu son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm Əhmədzadə Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.