
"Sumqayıt"dan ayrılan futbolçu Silvanus Nimeli Özbəkistanın "Neftçi" klubuna keçib.
Sportnet.az Fərqanə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun debütü Superliqada II turun "FarDU" ilə ev oyununa təsadüf edib.
Liberiyalı forvard yeni komandasının heyətində "dubl" edib. Görüş "Neftçi"nin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.