
"İmişli" klubu yeni futbolçu transfer edib.
Sportnet.az Aran təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi Nikola Karaklayiçlə 2 illik müqavilə imzalanıb.
30 yaşlı vingerin son klubları Serbiyanın "Napredak" və "Novi Pazar" olub.