
Azərbaycan Premyer Liqasında son dörd mövsümün azarkeş sayı məlum olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son dörd mövsüm ərzində stadionlara 902 994 tamaşaçı gəlib.
2021/2022 mövsümünün 112 oyununda ümumilikdə 89 010 azarkeş matçları arenadan izləyib.
2022/2023 mövsümündə bu rəqəm 261 564, 2023/2024 mövsümündə 276 487, sonuncu - 2024/2025 mövsümündə isə 275 933-ə çatıb.
Hər üç mövsümdə 180 oyun təşkil olunub.