
"Qəbələ" yeni transferini gerçəkləşdirib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi Edu Kundeni heyətinə cəlb edib.
28 yaşlı braziliyalı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Kunde son olaraq İndoneziyanın "Persis" klubunda çıxış edib.
Qeyd edək ki, "Qəbələ" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.