
"Kəpəz" növbəti transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi sabiq futbolçusu Olavale Onanuqanı heyətinə qatıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub.
"Kəpəz"dən sonra Olavale Əl-Nəsr (Küveyt) və Bney Yehuda (İsrail) klublarında oynayıb.