
Azərbaycan millisinin futbolçusu Mahir Emreli instaqram hesabında paylaşım edib.
Sportnet.az xəbər verir ki, Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən 28 yaşlı hücumçu II Bundesliqanın II turunda evdə “Şalke”ni 1:0 hesabı ilə məğlub etdikləri oyunda komandaya dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.
“İlk qələbə heç vaxt asan olmur, amma bizim üçün çox vacib idi. Möhtəşəm dəstəyiniz üçün təşəkkür edirəm”, – deyə Emreli vurğulayıb.
Qeyd edək ki, Mahir Emreli “Şalke”yə qarşı oyuna əsas heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.