
“Karvan-Yevlax” növbəti transferini həyata keçirib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib.
Qeyd edək ki, Səid İranxan karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərinin formasını geyinib.