
“Qəbələ” ispaniyalı futbolçu Xayme Sierranı transfer edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
“Burada, sizlərlə olduğum üçün çox xoşbəxtəm. Belə böyük klubda oynayacağım üçün çox məmnunam. Əminəm ki, möhtəşəm bir mövsüm keçirəcəyik. İrəli!” - deyə, Sierra klubun mətbuat xidmətinə açıqlamasında qeyd edib.
Qeyd edək ki, Xayme Sierra İspaniya “Real Madrid”inin yetirməsidir. O, son olaraq Xorvatiya təmsilçisi “Varajdin”in formasını geyib. Yeniyetmə yaşlarında "Karabançel", "Real" və "Valensiya"da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində "Leqanes", "Loqrones", "Kultural Leonesa", "Atletiko Baleares", Belçikada "Deyinze" klublarında forma geyinib.