
“Karvan-Yevlax” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yevlax təmsilçisi Coy-Slayd Mickelslə 1 illik müqavilə imzalayıb.
Almaniyalı hücumçu son olaraq ölkəsinin "SF Uevekoven" komandasında forma geyib.
Qeyd edək ki, 31 yaşlı futbolçunun digər qardaşı Coy-Lens Mikels “Sabah”da çıxış edir.