
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb.
18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Nasiru son olaraq Nigeriya Premyer Liqasında “Kanemi Uorriors” komandasının formasını geyinib. O, həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb