UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçına satılan biletlərin sayı açıqlanıb

 

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 25000 bilet satılıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Azarkeşlər biletləri "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın "Park Bulvar"dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

 

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasındfa ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.