
Azərbaycan II Liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası (PFL) hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
Sportnet.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.